Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata əsasən, Ayətullah Ərafi Malayziyanın Əhli-Beyt alim və ziyalıları ilə görüşüb.
Bu görüşdə Ayətullah Ərafi İslam Peyğəmbərinin (s) mübarək doğumunun 1500-cü ildönümünü təbrik edərək, Peyğəmbərin (s) xüsusiyyətlərini Nəhcül-Bəlağədə izah etdi və Nəhcül-Bəlağəni Peyğəmbəri (s) tanıtmaq və onun şəxsiyyətini anlamaq üçün ən yaxşı mənbələrdən biri hesab etdi.
Elmi Hövzələrin rektoru bildirib ki, Əmirəl-mömininin (ə) İslam Peyğəmbəri (ə) üçün yüzdən çox sifət və xüsusiyyətlərini izah etmişdir. Onların arasında “Peyğəmbərin Allah qarşısında bəndəliyi”, “Allahın üstün risaləti”, “Peyğəmbərlərin sonuncusu ”, “tarix boyu bəşər üçün bağlı sahələri açan”, “haqqı düzgün yollarla izah etmək”, “zalım qüvvələri məhv etmək”, “yalan şöhrət və qüdrətləri sındırmaq” və “ilahi əmanəti daşımaq” xüsusiyyətləri yer alır.
Ali Şura üzvü görüşdə Əhli-Beytin (ə) məhəbbətinə sahib olanlara və toplantıda iştirak edən alimlərə öz tövsiyələrini verdi. Malayziyanın və İslam dünyasının təhlükəsizliyi, müstəqilliyi, birliyi və şərəfi məsələlərinə diqqət yetirməyi vurğuladı və onlardan xahiş etdi ki, xüsusilə İran və Malayziya arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsinə dəstək olsunlar.
O, İslam dünyasının sivilizasiya və ümmət kimliyi yanaşmasına, həmçinin ifratçılıqdan və xırdalıqlara qapılmaqdan çəkinməyin zəruriliyinə diqqət çəkərək bildirdi: Əhli-Beytin (ə) məntiqi hikmətin, ağılın, birliyin və ortaq İslam kimliyinin məntiqidir.
Ayətullah Ərafi bildirib ki, İran İslam Respublikasının məntiqi inqilabın qələbəsindən sonrakı illərdə bütün məzhəblərə hörmətlə yanaşmaq və İslam ümmətinə diqqət yetirmək olubdur. O, xüsusilə Fələstinin və məzlum Qəzza xalqının müdafiəsini İslam Respublikasının sabit siyasətlərindən biri kimi təqdim edərək deyib: Əhli-Beyt (ə) dialoqu bir məzhəblə və bir mədəniyyətlə məhdudlaşmayan, bütün insanlıq üçün rifah gətirən qlobal və humanitar bir yanaşmadır. O, İmam Xomeyni (r) İnqilabın Ali Rəhbəri, Şəhid Sədr (r) və Şəhid Mütəhhəri (r) kimi şəxsiyyətləri müasir dövrdə Əhli-Beyt dialoqundan faydalanmış doğru alimlərin nümunələri kimi təqdim etdi.
Xəbərin sonu
Rəyiniz